31 mart Azərbaycanlıların soyqırımı haqqında tədbir keçirildi
Bakı şəhəri Nəsimi rayonu Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbdə 31 mart 2016-cı il tarixində biologiya kabinetində 31 mart azərbaycanlıların soyqırımı haqqında tədbir keçirilmişdir. Tədbiri həyat bilgisi müəllimi İsmayılova Solmaz 5-ci sinif şagirdləri ilə hazırlamışdır. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Namazova Zülfiyə və 5 "c" sinif rəhbəri Yunusova İlhamə iştirak etmişdilər.