Soyqırım muzeyinə ekskursiya

28.03.2016-cı il tarixində məktəbimizin şagirdləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial soyqırım muzeyinə ekskursiyaya getmişdilər. Muzeyin yaradılmasına məqsəd Xocalı soyqırımı barədə həqiqətin geniş kütlələrə çatdırılması, xüsusən də, gənc nəslin bu barədə məlumatlandırılmasıdır. Zəngin tarixi sənədlər, foto və video materialları, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri barədə dolğun məlumat vermək missiyasının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır. Muzeyin eksponatları şagirdlərdə böyük təəssüratlar yaratmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi