Azərbaycan dilindən açıq dərs

17 mart 2016-cı il tarixində Bakı şəhəri 9 nömrəli məktəbdə açıq dərs keçirildi. İbtidai sinif müəllimi Dadaşova Zəhrəxatın 1 "a" sinifində yeni təlim metodlarından və elektron lövhədən istifadə etdi. Novruzun adət-ənənələri haqqında geniş məlumat əldə olundu. Şagirdlər işlərini qrup halında işləyib təqdim etdilər. Dərsi direktor, ibtidai sinif müəllimləri, metodist izlədi.