Xocalını unutmayaq

25.02.2016- cı il tarixdə saat 11:30 da məktəbin akt zalında Xocalı soyqırımı ilə əlaqədar böyük tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi Xocalı soyqırımını gənc nəslə təbliğ etmək, Azərbaycan xalqının məruz qaldığı soyqırımlar haqqında şagirdləri maarifləndirmək idi. Tədbirdə şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeir və mahnılar ifa etmişlər "Xoca" filmindən fraqmentlər göstərilmişdir. Sonda məktəbin direktoru Z.Əhmədova çıxış edərək şagirdləri bu qanyaddaşımızı unutmamağı, vətəni sevməyi, təbliğ etmişdir. Bundan başqa məktəbin foyesində Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət stend, şagirdlərin Xocalı soyqırımını əks etdirən rəsm sərgiləri təşkil olunmuşdur. Hər gün şagirdlər Xocalı soyqırımını yad etmək məqsədilə bu stendin qarşısına qərənfillər qoymuş, şeirlər söylənmişlər.