Məktəbimizdə aksiya: "Göz müayinəsi"

11.02.2016-cı il tarixində Z.Əliyeva adına Oftolmologiya Klinikasında keçirilən aksiya ilə əlaqədar olaraq klinikanın bir qrup həkimi məktəbimizdə olmuşdular. Həkimlər müəllimlərin və şagirdlərin gözünü müayinə etmişlər. Aksiyada xeyli müəllim və şagird müayinədən keçmişlər. Bunun üçün klinikanın rəhbəri Paşa Qəlbinura və onun həkim kollektivinə öz minnətdarlığımızı bildiririk və arzu edirik ki, bu cür aksiyalar tez-tez həyata keçirilsin.