Viktorina "Siz kitabxanalar haqqında nə bilirsiniz?"

16.02.2016 -cı il tarixində 9 nömrəli tam orta məktəbin kitabxanasında "Siz kitabxana haqqında nə bilirsiniz?" adlı viktorina keçirildi.Tədbirin məqsədi şagirdlərin mütaliə mədəniyyətini daha da artırmaq, kitabxana və kitablar haqqında bilgilərini çoxaltmaq, şagirdləri kitabxanaya daha çox cəlb etmək idi. Viktorinada kitabxanaların yaranması, ən qədim və müasir kitabxanalar, kitabxanadan istifadə qaydaları, ölkəmizin və dünya ölkələrinin ən böyük kitabxanaları və s. mövzulu suallar şagirdlərə təqdim olundu və şagirdlər bu sualları cavablandırdılar. Sualları yaxşı cavablandıran şagirdlərə həvəsləndirici mükafatlar təqdim olundu. Tədbirin sonunda məktəbin təşkilat işləri üzrə direktor müavini Z.Namazova kitabların əhəmiyyətindən danışaraq şagirdlərə daha çox kitab oxumağı tövsiyyə etdi. Sonda şagirdlər kitabxanalar haqqında slaydlara tamaşa etdilər.