Mütaliə aylığı

30 Noyabr 2018-ci il tarixdə məktəbimizin  kitabxanasında 6-cı siniflər arsında ‘’Noyabr-Mütaliə aylığı’’ çərçivəsində S.S.Axundovun  ‘’Qaraca qız’’ hekayəsi ətrafında müzakirələr keçirildi.Əvvəlcə şagirdlər S.S.Axundovun həyat və yaradıcılığına həsr olunmuş slaydlara tamaşa etdilər. Sonra proyektor vasitəsilə lövhədə canlandırılan suallara cavab verməklə əsərin müzakirəsi təşkil olundu.Daha sonra şagirdlər hekayə əsasında hazırladıqları kiçik  bir səhnəcik təqdim etdilər.Tədbirdə ‘’Qaraca qız’’ filmindən müxtəlif fraqmentlər də göstərildi.Tədbirdə iştirak edən təşkilati işlər üzrə direktor müavini Zülfiyyə Namazova, dil-ədəbiyyat müəllimi Günel Bayramova, məktəblinin dostu Sədaqət Əliyeva şagirdlərə və tədbirin təşkilatçılarına minnətdarlıq etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi