Məktəbimizin məzunu leytenant İbrahimov Tağı Sabir oğlunun yaşamış olduğu binanın qarşısında xatirə lövhəsinin açılışı olmuşdur

Bu gün 9 nömrəli tam orta məktəbin məzunu olmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş baş leytenant İbrahimov Tağı Sabir oğlunun yaşamış olduğu binanın qarşısında xatirə lövhəsinin açılışı olmuşdur. Açılışda Nəsimi rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, məktəbimizin müəllim və şagirdləri, eləcə də ətraf binalarda yaşayan sakinlər iştirak etmişlər. Tədbirdə şəhidin bacısı Məlahət xanım onun haqqında öz xatirələrini söylədi və gələn qonaqlara öz minnətdarlığını bildirdi. Məktəbimizin şagirdlərinin ifasında şəhidin xatirəsinə şeirlər söylənildi, kiçik kompozisiya ifa olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi