Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir

Dekabrın 25-də saat 12:00-da Bakı şəhər Nəsimi rayonu 9 nömrəli məktəbdə xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş böyük tədbir keçirilmişdir. Şairin azadlıq, vətənpərvərlik, vətənə-anaya, eləcə də ana dilimizə həsr olunmuş şeirlərini şagirdlər sevə-sevə öyrənmiş və həvəslə ifa etmişlər. Tədbirdə şairin şeirləri və sözlərinə yazılmış mahnılardan istifadə olunmuşdur. Şairin məşhur "Gülüstan" poeması əsasında kiçik səhnə hazırlanmışdır. Bəxtiyar şeirləri böyük bir məktəbdir və gənclərimiz bu məktəbdə həmişə yararlanmalıdırlar.