"General Səməd bəy Mehmandarov"un 160 illlik yubileyinə həsr olunmuş tədbir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında" 20.10.2015 - ci il tarixli 1012 nömrəli əmrinə müvafiq olaraq 22 dekabr 2015-ci il tarixdə N.Məmmədov adına 9 nömrəli məktəbin akt zalında general S.Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə generalın həyatı, hərb sənəti ilə bağlı "Fədailər", "Öz ordusunun komandanı", "Port - Artur döyüşləri haqqında" və s.filmlərdən fraqmentlərə baxıldı. Tədbirin iştirakçı olan şagirdlər vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söyləyərək bu böyük şəxsiyyətə öz hörmət və ehtiramlarını bildirdilər.Tədbirin sonunda məktəbin direktoru Z.Əhmədova çıxış edərək, şagirdlərə Səməd bəy Mehmandarov kimi örnək olan insanlardan faydalanmağın vacibliyini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi