"Mütaliə mədəniyyəti və kitabxanadan istifadə qaydaları" haqqında tədbir keçirildi

18 dekabr 2015-ci il tarixdə 9 nömrəli tam orta məktəbin 6-ci siniflərində "Mütaliə mədəniyyəti və kitabxanadan istifadə qaydaları" haqqında tədbir keçirildi. Tədbirin məqsədi: şagirdlərin mütaliə marağını artırmaq, mütaliə prosesinə yeni-yeni şagirdləri cəlb etmək və mütaliə mədəniyyətinin tərbiyə edilməsində əsas simaya çevrilmək.Kitabxanaçı R.Mehdiyeva tədbiri açarkən Azərbaycan Respublikası Təhsil Nazirliyi Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16.12.2014-cü il tarixli 123 №-li əmrlə şagirdləri tanış etdi. Sonra tədbirin iştirakçıları "Siz kitabxana haqqında nə bilirsiniz?" adlı filmə baxdılar. Sonra şagirdlər görkəmli şəxsiyyətlərin mütaliə ilə bağlı fikirlərini söylədilər. Tədbirin sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Z.Namazova tədbirin əhəmiyyətindən danışaraq, belə tədbirlərin tez-tez keçirilməsinin arzu olduğunu söylədi.