Məktəbdə Üzeyir Hacıbəyovun 130 illiyinə həsr olunmuş tədbir keçirildi!
17 dekabr 2015-ci il tarixdə N.Məmmədov adına 9 nömrəli tam orta məktəbin akt zalında Təhsil Nazirliyi Mədəniyyət və estetik şöbəsinin dəstəyi və 10a, 10b siniflərinin iştirakı ilə Üzeyir Hacıbəyovun 130 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Üzəyir Hacıbəyovun "Arşın mal alan" operettası səhnələşdirilmişdi. Bu tədbirin əsas məqsədi uşaqların musiqi duyumunu inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi onlara aşılamaqdan ibarətdir. Tədbirdə başqa məktəblərdən də qonaqlar iştirak etmiş və şagirdlərin tədbirdəki çıxışlarını çox yüksək qiymətləndirilmişlər.