20 Yanvar faciəsi

16.01.2018-ci il tarixdə məktəbin məzunu, şəhid Namiq Əliyevin və 20 Yanvar şəhidi Abbas Qasımovun xatirəsinə həsr olunmuş anım günü keçirildi. Tədbirdə şəhid Namiq Əliyevin anası Almaz xanım, İcra başçısının müavini Gülarə Verdiyeva, İcra nümayindələri, müharibə veteranları və başqa qonaqlar da iştirak edirdilər. Qonaqlar və məktəbin şagirdləri məktəbdən şəhidlərin büstü açılan yerə qədər yürüş etdilər. Açılışda Namiq Əliyevin anası Almaz xanım oğlunun xatirələri haqqında danışdı, hərbi formalı şagirdlər qəhramanlara həsr olunmuş şeirlər söylədilər, marş oxudular, büstün ətrafını güllərlə bəzədilər. Gülarə Verdiyeva çıxış edərək şəhidlərə allahdan rəhmət dilədi, tədbirin təşkilaçılarına, şəxsən məktəbin direktoru Zinyət Əhmədovaya öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi