"Hüquqlarımızın təminatçısı olan şah əsərimiz" adlı viktorina

06.11.2015-ci il tarixdə məktəb tərəfindən IX sinif şagirdlərin arasında "9 noyabr- Bayraq günü" və "12 noyabr - Konstitusiya günü"-nə həsr olunmuş "Hüquqlarımızın təminatçısı olan şah əsərimiz" adlı viktorina keçirildi. Tədbirin məqsədi: şagirdlərin Dövlət atributları haqqında bilgilərini və öz hüquqlarını müdafiə edə bilmək bacarığını aşılamaq. Tədbiri giriş sözü ilə açan kitabxanaçı R.Mehdiyeva viktorinanın keçirilmə qaydalarını IX sinif şagirdlərə izah etdi və onları komandalara böldü: I qrup - "Vətən", II qrup - "Hüquq", III qrup- "Vəzifə", IVqrup - "Borc", V qrup - "Qanun". Sonra viktorinanın sualları slaydlar şəkilində ardıcıllıqla şagirdlərə təqdim olundu. Viktorinanın sonunda münsiflər heyətinin sədri Əliquliyeva Gülayə viktorina iştirak edən qrupların nəticələrini açıqladı və qalib komandanı elan etdi.Kitabxana müdiri G.Qasımova qalib komandaya mükafat təqdim etdi və onları təbrik edərək gələcəkdədaha böyük uğurlar arzuladı.