1 dekabr "QİÇS"-lə Beynəlxalq mübarizə günüdür!

1 dekabr 2015-ci il tarixdə 9 "b" sinifində "1 dekabr - Ümumdünya ADİS-lə mübarizə günü" dür mövzusunda məktəb kitabxanası tərəfindən söhbət keçirildi.Tədbirin məqsədi: Ekologiyanın korlandığı, müxtəlif infeksion xəstəliklərin yayıldığı bir zamanda şagirdləri siqaretdən, narkotik maddələrindən istifadə etmək, spirtli içkilərə alüdəçilik və sairə kimi zərərli vərdişlərdən yayındırmaq.Tədbirdə iştirak edən məktəbin həkimi mövzu ilə bağlı çıxış edərək bütövlükdə bu xəstəliyin mənşəyi, yaranma,yayılma səbəbləri və qorunmaq üçün lazım olan profilaktik tədbirlərdən danışdı.Biologiya müəllimi Z.Qəhrəmanova bütövlükdə spid xəstəliyi, narkotik maddələrdən, spirtli içkilərdən, siqaret çəkməkdən yaranan ağciyər xəstəlikləri, qara ciyər serrozu və sairə haqqında danışdı. Kitabxana müdiri G.Qasımova yuxarıda adları çəkilən zərərli vərdişlərdən yaxa qurtarmaq üçün şagirdlərin asudə vaxtlarını səmərəli qurmağın və burada mütaliyə çox böyük yer ayırmağın vacibliyini vurğuladı.