Son zəng

14.06.2017-ci il tarixdə 9 nömrəli məktəbdə "Son Zəng" tədbiri keçirilib.Tədbirdə məktəbin direktoru Zinyət Əhmədova,İcra Hakimiyyətinin nümayəndəsi Vəfa xanım,Bakı Təhsil İdarəsinin nümayəndəsi Xədicə xanım,müəllimlər,şagirdlər və valideyinlər iştirak edirdilər.Birinci söz məktəbin direktoru Zinyət xanıma verildi,sonra qonaqlar,müəllimlər məzunları təbrik etdilər.Çıxışlardan sonra söz onbirincilərə verildi.Nəhayət bizin məzunlar üçün son zəng çalındı və bu zəng onları növbəti dərsə yox,yeni həyata səsləyirdi. Tədbirin sonunda məktəb kollektivinə və şagirdlərə təhsil sahəsində göstərdiyi müvəffəqiyyətlərə görə fəxri fərmanlar təqdim olundu.