Böyük insan

10.05.2017-ci il tarixdə məktəbin akt zalında ulu öndər,ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlandı.Sonra ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin azərbaycan və rus bölməsinin şagirdləri çox böyük məhəbbətlə ümummilli liderə həsr olunmuş şeirlər söylədilər,həzin mahnılar səsləndirdilər . Tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirildi. Sonra Heydər Əliyev dühasının böyüklüyündən danışan,məktəbin direktoru Zinyət Əhmədova ulu öndərə göstərdikləri sevgi və məhəbbətə görə tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi