İmzalı görüş: Nəriman Həsənzadə "Bir az möhlət istəyirəm ömürdən."

02.05.2017-ci il tarixdə məktəbin kiçik akt zalında Azərbaycanın çox sevilən xalq şairi, drammaturq Nəriman Həsənzadə ilə "Bir az möhlət istəyirəm ömürdən" adlı ədəbi-bədii gecə keçirildi. Gecədə sevimli şairlə birlikdə bir sıra ziyalılar da iştirak edirdilər. Tədbir görkəmli şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlandı. Sevimli şair dil-ədəbiyyat müəllimi Bahar Hacıyevanın ona ünvalandığı sualları çox səmimi, olduqca təbii şəkildə cavablandırdı. Müəllim və şagird kontingentinin ürəklərini fəth etdi. Məktəbin istedadlı şagirdlərinin sevə-sevə söylədikləri “Nərdivan”, “Qayıt”, “Ana”, “Bir az möhlət istəyirəm ömürdən”, “Xarı bülbül” və s. kimi şeirlər, şairin sözlərinə bəstələnmiş “Gül bir az”, “Sənsən həyatım”, “Xöşbəxtlik” mahnıları həm şairin, həm də qonaqların çox böyük marağına səbəb oldu. Drammaturq – şairin “Atabəylər” pyesindən kiçik bir səhnəcik də təqdim olundu. Sonra məktəbin direktoru Z.Əhmədova şairə və qonaqlara belə maraqlı və zövqlü görüşə görə öz minnətdarlığını bildirdi, məktəb tərəfindən hazırlanmış xüsusi “Təşəkkürnamə” ni gül dəstəsi ilə birgə şairə təqdim etdi.