Tarixi abidələrimizi tanıyaq

Aprelin 3-də məktəbimizin bir qrup şagirdi Təhsil Nazirliyinin xətti ilə tarixi abidələrimizi tanımaq məqsədi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya etdilər. Ekskursiya zamanı şagirdlər Qız qalasına, Şirvanşahlar sarayına və başqa tarixi abidələrə gəzintilər etdilər. Gəzinti zamanı bələdçilər şagirdlərə bu tarixi abidələr haqqında ətraflı məlumat verdilər. Şagirdlər gəzintidən çox razı qayıtdılar. Şagirdlər üçün yaratdığı bu şəraitə görə başda təhsil naziri Mikayıl Cabbarov cənabları olmaqla bütün nazirliyə öz təşəkkürümüzü bildirir və belə tədbirlərin tez-tez olmasını arzu edirik.