Bu gün ibtidai sinif şagirdləri məktəbimizin foyesində 2-6 aprel döyüşlərinə və bu döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinə həsr edilmiş stend qarşısına qərənfillər qoyaraq onların xatirəsini yad etmişlər. Tədbirdə şagirdlərə aprel döyüşləri haqqında geniş məlumat verilmişdir. Şagirdlər də öz növbəsində aprel döyüşləri haqqında öz bildiklərini söyləyərək tədbirdə fəal iştirak etmişlər.