Novruz gəlir,yaz gəlir

17.03.2017-ci il tarixdə məktəbin akt zalında “Novruz milli sərvətimizdir” adlı ədəbi-bədii kompozisiya keçirildi.Tədbirdə demək olar ki,məktəbin bütün müəllim və şagird heyəti çox böyük bayram əhval-ruhiyyəsi ilə iştirak etdi. Şagirdlər tonqal ətrafında toplaşaraq “Novruz” la bağlı gözəl şeirlər söylədilər,mahnılar ifa etdilər,rəqs etdilər.Keçəlin və kosanın gəlişi bayram coşqusunu daha da artırdı.