Şagird davranış qaydaları.

      18.10.2024-cü il tarixində məktəb rəhbərliyi tərəfindən "Şagird davranış qaydaları" üzrə valideynlərlə maarifləndirici görüş keçirilib. Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq olunur. Təlimatdan irəli gələn məsələlərin həyata keçirilməsi və layihənin uğurlu tətbiq olunması məqsədilə məktəbdaxili intizam şurasının üzvləri tərəfindən qaydalar sinif təhbərləri üçün ayrılıqda izah edilib və tətbiqi barədə lazımı tədbirlər görülməyi tapşırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi