Sülh Günü
21 Sentyabr-Beynəlxalq Sülh Günündə məktəb-liseydə bir sıra tədbirlər keçirildi. Bu günün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verildi. Qeyd olundu ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Söylənildi ki,21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür.