Bilik Günü

       16.09.2024- cü il tarixdə məktəbimizdə "Bilik Günü" münasibətilə tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagird heyəti ,valideynlər ,eyni zamanda, NəsimiRayon İcra Hakimiyyətinin nümayəndəsi Zahid Xəlilov və Vətən müharibəsi şəhidi Ruslan Cəfərovun anası Alimə xanım iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və Vətənimizin azadlığı,suverenliyi ,ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi.

Tədbirdə çıxış edən NRİH- nin nümayəndəsi Zahid Xəlilov Bilik Günü münasibətilə məktəbliləri,valideyn və müəllimləri təbrik edərək,onlara yeni dərs ilində uğurlar arzuladı.

Tədbir yuxarı sinif şagirdlərinin hazırladıqları çıxışla davam etdi. Şeirlər və mahnılar səsləndirildi. Məktəb direktoru Zinyət Əhmədva çıxış edərək məktəbə ilk qədəmlərini qoyan birinciləri və onların valideynlərini,müəllimləri,bütün şagirdləri təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi