Qan yaddaşımız

24.02.2017-ci il tarixdə məktəbimizin akt zalında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.Tədbirdə Xocalı şəhərində erməni işğalçılarının xalqımıza qarşı törətdikləri amansız vəhşilikdən danışılmış,sənədli film göstərilmişdir.Şagirdlər Xocalıya həsr olunmuş şeir və mahnılar ifa etmişlər.Sonra məktəbin direktoru Zinyət Əhmədova çıxış edərək şagirdlərə o günlərin dəhşətindən,ermənilərin xalqımıza qarşı törətdikləri faciəvi soyqırımından danışdı.Şagirdlərə vətəni sevməyi,daim onun müdafiəsində olmağı tövsiyə etdi.