Beynlxalq Ana Dili Günü

21.02.2017-ci il tarixdə məktəb kitabxanasında 21 fevral “Beynəlxalq Ana Dili Günü“nə həsr olunmuş “Ana dili milli sərvətimizdir“ adlı ədəbi-bədii kompozisiya keçirildi.Tədbir dahi şairimiz,ana dilimizin böyük müdafiəçisi B.Vahabzadənin öz dili ilə söylədiyi gözəl şeirlərdən birinin səslənməsi ilə başlandı.Sonra aparıcılar ümummilli liderimiz H.Əliyevin,mütəfəkkir-şair Ş.İ.Xətayinindil haqqında söylədikləri fikirlərdən sitatlar gətirərək tədbiri tədbiri davam etdirdilər.Tədbirdə IV-VI-cı sinif şagirdləri B.Vahabzadə,T.Bayram,X.R.Ulutürk,Ə.Pəhləvi və s.şairlərin dil haqqında yazdıqları şeirləri böyük sevgi və məhəbbətlə söylədilər.Şah babamız Xasayinin səhnəyə çıxaraq öz nəvələrinə etdiyi tövsiyyələr səhnəciyi,gözəl laylay çalan gəlin ana,bu həzin sədalar altında X.Rza Ulutürkün “laylam mənim,nərəm mənim“adlı şeirini söyləndiyi səhnələr çox maraqla qarşılandı.Həmçinin şagirdlər dilimizin gözəlliyini vəsf edən “Şirin dil”,”Ana dilimizi sevək sevdirək”adlı mahnıları musiqi müəlliməsi R.Dadaşovanın sintezatorda müşaiyəti ilə çox böyük məharətlə ifa etdilər.Tədbir,elimizin-obamızın çox sevimli “Novruz”unun ilk su çərşənbəsi ilə üst-üstə düşdüyünə görə çox böyük bayram əhvalı –ruhiyyəsi hiss olunurdu.Tədbirin sonunda milli geyimli rəqqas qızın şövqlə oynadığı “Ağ çiçəyim” rəqsi bu əhval-ruhiyyənidaha da artırdı.Sonra tədbirin qonaqları; direktor müavinləri Z.Namazova ,G.Heydərova ,B.Hacıyeva ,sinif rəhbərləri ;İ.Həsənova,G.Əhmədova,A.İsgəndərova,UBR A.Verdiyeva,həmçinin məktəbli dostları çıxış edərək ana dilimizin qorumağın vacibliyini bir daha vurğuladılar və belə səviyyəli,maraqlı tədbir hazırladıqlarına görə kitabxanaçılar;G.Qasımova və R.Mehdiyevaya,o cümlədən tədbirdə iştirak edən bütün şagirdlərə öz minnətdarlıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi