Azərbaycan xalq qəhrəmanları

07.02.2017-ci tarixdə məktəbimizin kitabxanasında “Azərbaycan xalq qəhrəmanları”mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.Məktəbin adını daşıyan şəhid Namiq Məmmədovun doğum gününə həsr olunmuş bu tədbirin əsas məqsədi şagirdlərdə dogma vətənə məhəbbət hissi aşılamaq,onlardakı vətənpərvərlik ruhiyyəsini daha da yüksəltməkdir.Tədbir “Dövlət Himnimizin“ səsləndirilməsi ilə başlandı.Aparıcılar tədbiri giriş sözü ilə açaraq xalqımızın qəhrəmanlıq tarixini səhifələdilər.Şagirdlər IX əsrdə ərəb xilafətinə qarşı qəhrəmanlıqla mübarizə aparmış Babək haqqında ürək dolusu danışdılar,onun haqqında çəkilmiş kinofilmdən epizodlar göstərildi,həmçinin Babəklə oğlunun üz-üzə gəlməsi səhnəcik şəklində təqdim olundu.Daha sonra Koroğlu,Qaçaq Nəbi,Həcər,Qatır Məmməd kimi el qəhrəmanları haqqında da söhbət açıldı,şeirlər söylənildi,onlara həsr olunmuş mahnılar dinlənildi,filmlər göstərildi.Tədbir Qarabağ müharibəsi başlanandan şəhid olmuş qəhrəmanlarımızın xatırlanması ilə davam etdi.Məktəbimizin adını daşıyan Namiq Məmmədov ,başqa bir məzunumuz,onunla çiyin-çiyinə döyüşüb qəhrəmanlıqla şəhid olan Namiq Əliyev,milli qəhrəman Şövqiyar Abdullayev,Mübariz İbrahimov və s. kimi qəhrəmanlarımızın ömür yoluna nəzər salındı,qəhrəmanlıqlarından söhbət açıldı.Sonra şagirdlər and içərək şəhidlərin şərəfli işini davametdirəcəklərinə söz verdilər və kollektiv şəkildə “Sevirik biz səni,ey Azərbaycan“ adlı mahnı ilə tədbiri yekunlaşdırdılar.Tədbirin sonunda qonaqlar: tədbir işləri üzrə direktor müavini Namazova Zülfiyyə,məktəbli dostları Jalə Nəcəfli,Şəfiqə Camalova,Eldün Eldarzadə çıxış edərək belə əhəmiyyətli tədbir hazırladıqlarına görə şagirdlərə və kitabxanaçılara öz minnətdarlıqlarını bildirdilər.