"Son zəng"

Bakı şəhəri 9 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi. Azərbaycan Respublikasının Bayrağı meydana gətirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Zinyət xanım Əhmədova açıq elan edərək tədbir iştirakçılarını salamladı, məzunlara uğurlar arzulayıb tədris ilində nümunəvi davranışı, nizam-intizamı ilə fərqlənən və yüksək nailiyyətlər əldə etmiş məzunlara Fəxri Fərman təqdim olundu. Tədbirdə iştirak edən qonaqlar məzunlara ürək sözlərini söylədikdən sonra tədbir şagirdlərin hazırladıqları "Son zəng " kompozisiyası ilə davam etdirildi. Əziz məzunlar,sizi ürəkdən təbrik edirik! Yolunuz açıq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi