Şəhidlər heç zaman unudulmayacaq!

19.01.2017-ci il tarixində məktəbimizin akt zalında bütün müəllim və şagird heyəti ilə birgə "Şəhidlərimiz heç zaman unudulmayacaq" adlı böyük bir tədbir keçirildi. Tədbir şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə başladı. Aparıcılar tədbiri açıq elan edərək sözü şagirdlərə verdilər. 6,7,8-ci sinif şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər, onların əziz xatirəsinə bəstələnmiş gözəl mahnılar oxudular. Həmçinin, şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən maraqlı səhnəciklər də təqdim olundu. Tədbir boyu ekranda "20 Yanvar" hadisələrini əks etdirən müxtəlif epizodlar göstərildi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Zinyət Əhmədova öz canları, qanları hesabına doğma Azərbaycanı qoruyaraq şəhid düşən qeyrətli oğul və qızlarımızın heç zaman yaddan çıxmayacaqlarını söylədi, onların əziz xatirəsini həmişə yad etməyin vacibliyini vurğuladı.