S.S.Axundovun "Qaraca qız" hekayəsi ətrafında müzakirələr.

23.12.2016-cı il tarixdə məktəbin kitabxanasında yazıçı-dramaturq S.S.Axundovun "Qorxulu nağıllar" silsiləsinə daxil olan "Qaraca qız" hekayəsi ətrafında müzakirələr keçirildi.Hekayəni əvvəlcədən yaxşı-yaxşı oxuyan 4a sinif şagirdləri kitabxanaçı Rəhimə M. tərəfindən onlara təqdim olunan sualları ətraflı şəkildə cavablandırdılar.Şagirdlərin təqdim etdiyi kiçik səhnəcik iştirakçıların çox xoşuna gəldi.Sonra "Qaraçı qız" filmindən fraqmentlər təqdim olundu. Tədbirdə iştirak edən qonaqlar:direktor müavinləri-Zülfiyyə N.,Günay K.,Bahar H.,sinif müəllimi Gülnurə Ə.,məktəblərin dostları-Jalə,Şəfiqə və Elgün sonra çıxış edərək belə gözəl müzakirələr təşkil etdiklərinə görə kitabxana müdiri Gülnarə Q.və kitabxanaçı Rəhimə M.,həmçinin 4-cü sinif şagirdlərinə öz minnətdarlıqlarını bildirdilər.