Ümummilli liderimizin anım mərasimi

09.12.2016-cı il tarixdə məktəbin akt zalında xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Daha sonra şagirdlər bu böyük şəxsiyyətə həsr olunmuş şerlər söylədilər,mahnılar oxudular.Ulu öndərə həsr olunmuş slaydlar tədbiri daha maraqlı etdi.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Zinyət Əhmədova ümummilli liderimizin xatirəsini hörmətlə yad etdiklərinə görə tədbir iştirakçısı olan şagirdlərə və tədbirin hazırlanmasında xüsusi fəallıq göstərən müəllimlər Arzu Əliyeva,Sevil Əhmədova və Nuridə İsmailovaya öz minnətdarlığını bildirdi.