Heydər Əliyev irsi bizim üçün örnəkdir

12.12.2016-cı il tarixdə məktəb kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə iştirak edən ikinci və dördüncü sinif şagirdləri bu böyük şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş maraqlı məlumatlar verərək gözəl şeirlər söylədilər.Tədbirdə kitabxana tərəfindən hazırlanmış ulu öndərin əziz xatirəsinə həsr olunmuş "Mənalı ömrün anları","Kövrək insan","Xalq-Heydər,Heydər-xalq" adlı slaydlar daha maraqlı və yaddaqalan oldu.Tədbirdə iştirak edən direktor müavinləri Zülfiyyə N.,Günay H.,Bahar H.,məktəbin psixoloqu Güləndam K.,U.B.R. Aynur V.,ibtidai sinif müəllimləri Xatirə M.,Rəfiqə H. və kitabxanaçılar bu böyük şəxsiyyət haqqında xatirələrini danışaraq ona Allahdan rəhmət dilədilər.