Məktəb icmaları

        25.10.2022-ci il tarixində məktəbin ümumi valideyn icması ilə (I-XI) məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşdə valideynlər, müəllim direktor və direktor müavinləri, məktəb psixoloqu, UBR iştirak edib. İki saata yaxın davam edən görüşdə tədris ili öncəsi valideynləri narahat edən bir çox məsələlərə aydınlıq gətirilib. İclasda çıxış edən məktəbin direktoru Zinyət Əhmədova “Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagirdlərin birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir. . Daha sonra məktəbin daxili intizam qaydaları, şagird davamiyyəti və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb. Müavinlərin, müəllimlərin fikirləri eşidilib. Söz istəyən valideynlər dinlənilib. Onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi