Payız düşüncələri

29.11.2016-cı il tarixdə məktəb kitabxanasında 4c sinfi ilə birgə "Payız düşüncələri" adlı tədbir keçirildi. Tədbirdə çıxış edən şagirdlər payız fəslinin özəllikləri, gözəllikləri haqqında danışaraq müxtəlif şeirlər söylədilər. Şagirdlərin bu fəslə təsadüf edən bürclər haqqında söylədikləri çox maraqla qarşılandı. "Sevdiyiniz meyvə xasiyyətinizdən xəbər verir" başlığı altında şagirdlər müxtəlif meyvələri sevən insanların hansı xarakterə malik olduqları barədə maraqlı məlumatlar verdilər. Həmçinin "Payız lüğəti"nə daxil olan sözlərin izahını verən şagirdlər payızda tez-tez rastlaşdıqları bu təbiət hadisələri haqqında daha çox məlumat əldə etdilər. Şagirdlərin çıxışlarından sonra payız haqqında maraqlı slaydlar təqdim olundu. Tədbirin sonunda direktor müavinləri Zülfiyyə N. və Günay H. çıxış edərək gözəl çıxışlar və maraqlı məlumatlar üçün şagirdlərə və tədbirin təşkilatçılarına təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi