Anım günü

          44 günlük Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızı və şəhidlərimizi bir daha yad etmək və gənc nəslə vətənpərvərlik ruhu aşılamaqdan ibarət idi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı,daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dəyirmi masanı giriş sözü ilə direktor Məhəmməd Novruzov açaraq qonaqları salamladı, 44 günlük vətən müharibəsində igid oğullarımızın göstərdiyi sücaətdən və igidlikdən danışdı. Sonra şəhid Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbin direktoru Zinyət xanım çıxış edərək II- vətən müharibəsində qəhrəmanlıq göstərən igid oğullarımızın keçdiyi şərəfli döyüş yollarından danışdı. Dəyirmi masada 44 günlük Vətən müharibəsində iştirak edən Şəhid Atayev Nicatın anası, şəhid Orucov Elşənin həyat yoldaşı, şəhid baş leytenat Samir Şükürovun həyat yoldaşı, şəhid leytenat Ayaz İmanzadənin həyat yoldaşı, qazi Əliyev Davud və Zeynalzadə Akif iştirak edirdilər. Şəhid ailələri və qazilər çıxış edərək gənclərə örnək olacaq xatirələri bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi