Bilik Günü

      Bildiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin göstərişinə əsasən Bilik Günü təntənəli şəkildə qeyd olunmur və ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Bilik Günü tədbiri Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb. Məktəbin direktoru Zinyət Əhmədova şagirdləri və valideynləri salamlayıb, yeni tədris ilində onlara möhkəm sağlamlıq və akademik nailiyyət arzulayıb. Daha sonra Vətən uğrunda həlak olan şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükütla yad edilib.
Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi