Pedaqoji Şuranın iclası

     13 sentyabr 2022-ci il tarixdə məktəbdə 2022-2023- cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Zinyət Əhmədova iclasın gündəliyində duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. Bütün şura üzvlərinin iştirak etdiyi iclasda "2021-2022-ci dərs ilinin yekunları IX, XI siniflərin buraxılış nəticələri, ali məktəb, IV siniflərin monitorinq nəticələri təhlil olundu. Daha sonra isə yeni dərs ilində qarşıda duran əsas hədəflər haqqında", "Metodiki şura və fənn metodbirləşmələrinin təşkili haqqında, "2022-2023-cü tədris ilində müəllimlər arasında dərs saatlarının və məktəb rəhbərləri arasında vəzifə bölgülərinin təsdiqi barədə", növbətçi müəllimlərin vəzifəsi, sinif rəhbərlərinin fəaliyyət planlarının təsdiqi və s cari məsələlər məktəbin direktoru tərəfindən məlumatlar geniş müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi