Məktəbimizin qızıl uğuru

27-28 Avqust tarixlərində Bakı İdman Sarayında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçirilib. Nüfuzlu yarışda məktəbimizin 8d sinif şagirdi Rafael Zeynalov öz çəkisində bütün rəqiblərini məğlub edərək çempion olub. Qeyd edək ki, uşaqlar arasında təşkil edilən yarışda Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatları və Azərbaycandan 6-13 yaş arası 450-dək azyaşlı idmançı iştirak edib. Yarışın idarə edilməsində iştirakçı ölkələrdən beynəlxlaq hakimlər qatılıb.