"Müəllimlər günü" ilə bağlı tədbir!

Oktyabrın 5-də məktəbimizdə "Müəllimlər günü" münasibət ilə məktəbdaxili kiçik bir tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Zinyət xanım Əhmədova müəllimləri peşə bayramı münasibəti ilə təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzu etdi. Tədbirdə müəllimlərimiz də öz ürək sözlərini söylədilər. Onlar bu şərəfli işdən qürur duyduqlarını və daim gənclərimizin təlim-tərbiyəsi yolunda yorulmayacaqlarını vurğuladılar. Sonda məktəbin şagirdləri hazırladıqları çıxışlarla müəllimləri təbrik etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi