Zəfər dastanı

Məktəbin akt zalında 8 noyabr ‘’ Zəfər günü ‘’nə həsr olunmuş ‘’ Zəfər dastanı ‘’ onlayn respublika şeir və mahnı müsabiqəsinin Bakı şəhəri üzrə qaliblərin mükafatlandırılma mərasimi keçirilib.Tədbirdə şəhid Səxavət Abbasovun və Vüsal Musayevin anaları ilə yanaşı qazı Həsən Müzəffərli, Adil Quliyev, Kamil Qəhramanov, məktəbin direktoru Zinyət Əhmədova , Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru və digər qonaqlar iştirak etdilər. Tədbirin sonunda Bakı şəhəri üzrə qaliblərə diplom və sertifikatlar təqdim olundu.