Uğurlar, axarıncı olsun!
25 iyun 2016-cı il tarixində jüdo üzrə rayonlararası açıq yarışma keçirilmişdir. Bu yarışda Nəsimi rayonu N.Məmmədov adına 9 saylı orta məktəbin 7 "c" sinif şagirdi Əliyev Həsən də 42 kq çəki dərəcəsində uğurlu çıxış etmiş və qalib adını qazanmışdır. Yaşıdları arasında çempion adını qazanan Əliyev Həsən diplom və medalla təltif olunmuşdur. Bundan əlavə o, 2015-2016-cı tədris ilində təhsildə də uğurlar əldə etmişdir.Belə ki,o, 7-ci sinifi də dərs əlaçısı olaraq başa vurmuşdur. Sənin nailiyyətlərinə sevinir, uğurlar diləyirik!