Qazilər ilə görüş

II Qarabağ müharibəsində iştirak etmiş əsgər qazilər və müharibədə şəhid olmuş əsgərlərin ailə üzvləri ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti şagirdlərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etmək olmuşdur. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zinyət Əhmədova hər kəsi salamladı və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut elan etdi. Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər, şagirdləri maraqlandıran sualları cavablandırıblar. Sonda məktəbin direktoru Zinyət Əhmədova çıxış edərək qazilərə dəvətimizi qəbul edərək iştirak etdikləri üçün təşəkkürünü bildirdi.