İyun ayı sınaq ayıdır.

Məlum olduğu kimi məktəblərdə VI sinif şagirdlərinin biliyini yoxlamaq məqsədi ilə imtahanlar keçiriləcək. 4 iyun 2016-cı il tarixində Azərbaycan dili bölməsində Azərbaycan dilindən, 11 iyun 2016-cı il tarixində isə həm Azərbaycan və həm də rus dili bölmələri riyaziyyat fənnindən imtahan verəcəklər. Məhz bu məqsədlə Nəsimi rayonu 9 saylı məktəbdə də valideyn iclası təşkil olunmuşdur. Şagirdlərimizin imtahanlara ruh yüksəkliyi ilə yanaşmaları üçün ilk nəvbədə valideynlər fənn müəllimləri və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən təlimatlandırılıb.