Azərbaycan tollerantlığı dəstəkləyən və təbliğ edən ölkədir.

Nəsimi rayonu 9 saylı tam orta məktəbdə 4 aprel 2016-cı il tarixində "Azərbayca tollerant ölkədir" mövzusunda tədbir keçirilmişdir. Tədbirə rayonun məsul işçiləri təşrif buyurmuşdurlar. Qonaqlar məktəbin həyətində böyük tənətənə ilə qarşılanmış, məktəbin xüsusi istedada malik olan şagirdləri ilə tanış olmuşlar.Tədbirdə məktəbin müəllim və şagird kollektivi olduqca böyük səylə iştirak etmişdirlər. Belə ki şagirdlərin ifasında müxtılif xalqları təcəssüm edən səhnəciklər göstərilmiş , onların fərqli mədəniyyətləri , adət-ənənələri təblğ olunmuşdur. Məktəbin müəllimləri də şagirdlər ilə eyi səhnəni paylaşmış, sülhü təbliğ edən musiqi nömrələri səsləndirmişlər. Tədbiri izləyən qonaqlar onları təbrik etmiş və tədbiri yüksək qiymətləndirmişlər.