Ulu Öndər

12 Dekabr 2019-cu il tarixdə məktəbin həm akt zalında, həm də kitabxanasında Ümummilli lider '' Heydər Əliyevin anım günü '' ilə bağlı tədbir keçirildi. Hər iki tədbir Dövlət Himnimizin oxunması və əziz öndərin xatirəsinə bir dəqiqəlik sükutla başlandı. Tədbirlərdə şagirdlər böyük liderin xatirəsinə həsr olunmuş şeirlər söylədilər, mahnılar səsləndirdilər. Ümummilli liderin zəngin həyat və fəaliyyətini əks etdirən maraqlı epizodlar nümayiş olundu.Tədbirin sonunda şagirdlər gətirdikləri qərənfilləri ulu öndərin şəkli önünə düzərək ona olan sonsuz məhəbbət və ehtiramlarını bir daha təsdiq etdilər.