Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Aprelin 18-də məktəbin kitabxanasında 4-cü sinif şagirdləri arasında şair Abdulla Şaiq yaradıcılığına həsr olunmuş şəhərcik keçirilib.Tədbirdə ibtidai sinif müəllimləri, məktəbin psixoloqu G.Kərimova, kitabxana müdiri G.Qasımova, kitabxanaçı R.Mehdiyeva və 4-cü sinif şagirdləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan kitabxanaçı R.Mehdiyeva Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra şairin həyat və yaradıcılığına həsr olunmuş slaydlar təqdim olundu. Daha sonra şagirdlər şairin müxtəlif şeirlərini söylədilər, "Tıq-tıq xanım" və "Tülkü həccə gedir" mənzum hekayələrini səhnələşdirilmiş variantda təqdim etdilər.Sonda ibtidai sinif müəllimləri S.Əhmədova və X.İbrahimovatədbiri yüksək qiymətləndirərək belə tədbirlərin tez-tez keçirilməsinin arzu olunduğunu vurğuladılar.