“Azərbaycan folkloru” adlı tədbir keçirilmişdir

        Məktəbdə Azərbaycan irsinin öyrənilməsi məqsədilə “Azərbaycan folkloru” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mehdiyeva Şəhla tədbiri açıq elan etdi. Daha sonra Azərbaycanın folkloruna aid video çarx nümayiş olundu. Məktəbin VII sinif şagirdləri holavarlar, sayaçı sözlər, oxşamalar, laylalar, bayatılar, yanıltmaclar, atalar sözləri söylədilər. Məktəbin 7 "B" sinif şagirdi Yusibov Əlinin ifasında sazda Ruhani havası, tarda isə 10 "V" sinif şagirdi Hacızadə Orxanın ifasında “Küçələrə su səpmişəm” mahnısı səsləndirildi . IX sinif şagirdləri haxışta söylədilər. IV sinif şagirdləri “Bayram gəlir” rəqsini ifa etdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi