İstedadlılar dərnəyinin yekun tədbiri keçirildi

Məktəbdə fəaliyyət göstərən İstedadlılar dərnəyinin yekun tədbiri keçirildi.Tədbir zamanı dərnək üzvləri öz bacarıqlarını nümayiş etdirmək üçün xüsusi hazırladıqları kiçik səhnəcikləri təqdim etdilər.
Şagirdlərin təqdim etdiyi səhnələr müxtəlif mövzuları əhatə edir, onların yaradıcılıq qabiliyyətlərini, səhnə mədəniyyətini və ifadə bacarıqlarını əks etdirirdi. Tamaşaçılar, o cümlədən müəllimlər və valideynlər, şagirdlərin çıxışlarını maraqla izlədilər və alqışlarla qarşıladılar.
Bu tədbir, dərnəyin il ərzində apardığı yaradıcı işlərin uğurlu nəticəsi olmaqla yanaşı, istedadlı şagirdlərin öz potensiallarını sərbəst şəkildə ifadə etmələrinə şərait yaratdı.