Tarix aylığı çərçivəsində bilik yarışı keçirildi

Respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” həsr olunması, tarix aylığı çərçivəsində məktəbimizdə “28 May Müstəqillik Günü” nə həsr olunmuş şagirdlərin tarixi biliklərini yoxlamaq və onların bu sahəyə marağını artırmaq məqsədilə bilik yarışı təşkil olundu. Yarışda məktəbin 5 ci sinifləri təmsil edən komandalar iştirak edərək, Azərbaycan və dünya tarixi üzrə suallara cavab verdilər.
Bilik yarışması zamanı şagirdlər yalnız tarixi faktları deyil, həm də hadisələrə analitik yanaşma bacarıqlarını nümayiş etdirdilər.
Şagirdlər verilən suallara böyük həvəslə cavab verir, müstəqillik haqqında öz fikirlərini bildirdilər. Rəqabətli və eyni zamanda maraqlı şəraitdə keçən yarışda qaliblər müəyyən olunaraq fəxri fərman və hədiyyələrlə təltif olundular.
Tədbir şagirdlər üçün həm öyrədici, həm də əyləncəli bir təcrübə oldu. Bu cür yarışmalar gənclərdə tarixə maraq yaratmaqla yanaşı, onların komanda ilə işləmək və öz biliklərini sərbəst ifadə etmək bacarıqlarını da inkişaf etdirir. Bilik yarışı məktəbin tarix müəllimi İbrahimova Afət tərəfindən təşkil olunmuşdur.