15 sentyabr “Bilik Günü” qeyd olunmuşdur

Sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəblərində olduğu kimi bizim məktəbdə də “Bilik Günü” təntənəli şəkildə qeyd olundu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elmira Ələkbərova şagirdləri, valideynləri və müəllimləri salamlayaraq, öz çıxışında keçən dərs ilində əldə olunan nailiyyətlərlə tədbir iştirakçılarını tanış etmişdir. Məktəbə ilk dəfə qədəm basan birincilərin sevincinin həddi - hüdudu yox idi. Onlar sevinclərini öyrəndikləri şeirlərlə, mahnılar bildirdilər. Məktəbimizin həm müəllim, həm də şagird kollektivi bu günə tam hazırlaşmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər və Suraxanı rayon Gənclər və İdman idarəsinin rəis müavini Elşən Atakişizadə iştirak etmişdirlər. Tədbirdə Suraxanı rayon icra başçısının tədbir məktubu oxundu. Yeni dərs ilində müəllim kollektivinə və şagirdlərə uğurlar dilənmişdir.